"Bu gün deyə bilərəm ki, müqavimət hərəkatı başlayıb" - Zurabişvili
"Bu gün deyə bilərəm ki, müqavimət hərəkatı başlayıb".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili deyib.
Prezidentin qeyd etdiyinə görə, o, “dinc, konstitusion müqavimət hərəkatı” ilə tamamilə həmrəydir və əsas məqsədə çatana qədər onların yanında olacaq: Gürcüstanı Avropa yoluna qaytarmaq.
“Demək istəyirəm ki, bu, çox böyük etiraz var, bütün ölkəni əhatə edən çox böyük etirazdır. Biz hamımız bu etiraza sadiqik, bu etirazda hamımız bir yerdəyik. Bu gün deyə bilərəm ki, sizin tərəfinizdən başlanmış, heç kimin göstərişi və tələbi olmadan, kortəbii olaraq, dinc və konstitusiyaya əsaslanan müqavimət hərəkatı başlayıb, onunla tam həmrəyəm, sizinləyəm və Gürcüstan öz Avropa yoluna qayıtmaq, yeni seçkilərə nail olmaq və gələcəyinin birdəfəlik qorunub saxlanmasına nail olana qədər hamı birlikdədir”, - Salome Zurabişvili bildirib.