29 
Nybr
2024
12:04
180

Parlament qarşısında keçirilən aksiyada 43 nəfər saxlanılıb

Parlament qarşısında yaxınlığında keçirilən aksiyada 43 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 43 nəfərin hamısı polis əməkdaşının qanuni tələbinə tabe olmamaqla yanaşı, İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə xırda xuliqanlıq etdiklərinə görə daxili işlər orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

“Aksiya iştirakçıları polis istiqamətinə şüşə butulkalar, daşlar, dəmir əşyalar və pirotexniki vasitələr atıblar. Qurumdan verilən məlumata görə, qeyd olunan zorakılıq hərəkətlərinin qarşısının alınması məqsədilə ötən gecə Daxili İşlər Nazirliyi tərəfindən qanunla icazə verilən xüsusi vasitələrdən dəfələrlə istifadə olunub.

Mitinqin gedişi zamanı mitinq iştirakçılarının bəziləri bir neçə dəfə təxribat xarakterli hərəkətlər ediblər.

Daxili İşlər Nazirliyi bir neçə dəfə aksiyanın təşkilatçılarını və aqressiv qrupları qanunla müəyyən edilmiş çərçivədə öz etirazlarını bildirməyə çağırsalar da, polis əməkdaşlarının göstərişinə tabe olmamış, onları şifahi təhqir etmiş, fiziki şəxslərlə üz-üzə qoyublar.

Müxtəlif KİV-lərin canlı yayımlarında aksiya iştirakçılarının infrastruktura, yol örtüyünə, video-müşahidə kameralarına necə ziyan vurduğu aydın görünürdü. Mitinq iştirakçıları gecə saatlarında Rustaveli prospektində naməlum əşyaları yandırıblar, barrikadalar qurublar, Tbilisi bələdiyyəsinin və fərdi şəxslərin əmlakına ziyan vurublar, polisə şüşə butulkalar, daşlar, dəmir əşyalar və pirotexniki vasitələr atıblar.

Qeyd olunan zorakılıq hərəkətlərinin qarşısının alınması məqsədilə ötən gecə Daxili İşlər Nazirliyi tərəfindən qanunla icazə verilən xüsusi vasitələrdən dəfələrlə istifadə olunub. Xüsusi vasitələrdən istifadə edilməzdən əvvəl iclas iştirakçılarına yerindəcə xəbərdarlıq edilib.

Aksiya zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 166 və 173-cü maddələri ilə polis əməkdaşının qanuni tələbinə tabe olmamaqla xırda xuliqanlıq edən 43 nəfər saxlanılıb.

Mitinqdə baş vermiş qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 353-cü və 187-ci maddələri ilə araşdırma aparılır", - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın