Prezident Gürcüstan səfirlərinə müraciət edib: Rusiyaya xidmət etmək istəyirsiniz?
Gürcüstan Prezidenti xaricdə akkreditə olunmuş səfirlərə növbəti dəfə müraciət edib.
InterPress.ge xəbər verir ki, Salome Zurabişvili gürcü diplomatlarını səsini ucaltmağa çağırıb.
“Artıq sizə bir dəfə müraciət etmişik. Nə edirsiniz? kimə qulluq edirsiniz? nəyə qulluq edirsiniz? hardasınız? Yaşadığınız absurdluğu təsəvvür edə bilərsinizmi? Orada yaşamaq sizin üçün çətin deyil - ehtiyatınız və hər şeyiniz var. Bunu da düşünün - Rusiyaya xidmət etmək istəyirsiniz? Əgər səsimizi çıxarmasaq, sabah bura Rusiya olacaq”, - prezident səfirlərə müraciət edib.
Məlumat üçün: hökumət Avropa İttifaqı ilə danışıqlara başlamaq məsələsini 2028-ci ilə qədər dayandırır. Bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hakim partiyanın mərkəzi ofisində keçirilən brifinqdə bildirib. Faktiki olaraq “Gürcü arzusu”nun antidemokratik hərəkətləri ucbatından Gürcüstanın Avropa İttifaqına qoşulması prosesi de-fakto dayandırılıb.