Zurabişvili: Bu gün koordinasiyalı şəkildə qəbul edilən rasional qərarlara ehtiyacımız var
"Bu gün koordinasiyalı şəkildə qəbul edilən rasional qərarlara ehtiyacımız var, bu, müqavimət hərəkatıdır və mən prezident kimi sona qədər davam edəcəyəm, yeganə legitim institut mənəm”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili müxalifət nümayəndələri ilə keçirdiyi brifinqdə bildirib.
Zurabişvilinin sözlərinə görə, o, gürcü icması adından dünyaya danışmaq hüququ olan yeganə şəxsdir.
“Bu gün mən bura gələ bilən siyasi partiyaları, müxtəlif hərəkatları dəvət etdim, çünki bilirəm ki, bir çox qeyri-hökumət təşkilatları küçə aksiyalarındadır, insanlar kortəbii şəkildə çıxırlar. Siyasi partiyalara müraciət etdim ki, indi öz yolumuzun, öz arzularımızın, öz baxışlarımızın vaxtı deyil. Bu gün biz bu problemlə üz-üzəyik, ya birlikdəyik, ya da yox. Bu bizim məsuliyyətimiz olacaq və mən də onların yanında olacağam, sizinlə olacağam, o dərəcədə ki, onlar birləşsinlər, birgə razılaşdırılmış qərarlar qəbul etsinlər. Heç kim siyasi partiyaların birdən-birə tək partiya olmasını tələb etmir, Allah eləməsin. Biz artıq təkpartiyalı sistem istəmirik və nəticədə ondan qurtulacağıq. Bu gün bizə koordinasiyalı və əsaslı qərarlar lazımdır. Bu müqavimət hərəkatıdır. Bu gün bu ölkədə yeganə qanuni qurum mənəm, bu ölkənin yeganə qanuni nümayəndəsiyəm, cəmiyyətimiz adından dünyaya söz demək hüququna malik olan yeganə şəxs mənəm. Mən bunu edəcəyəm və sona qədər burada olacağam, sizinlə və cəmiyyətin yanında olacağam”, - Salome Zurabişvili bildirib.