13 
Sen
2020
10:34
677

Tengiz Çarçvadze: "Virus daha aqressivləşə bilər"

"Virus daha aqressivləşə bilər, amma hələ bunun əlamətləri yoxdur".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Çerçvadze qeyd edib.

Çerçvadzenin sözlərinə görə, qrip və koronavirusun eyni anda yayılmaması üçün vətəndaşlar qripə qarşı peyvənd vurdurmalıdır.

"Virus gələcəkdə daha aqressiv ola bilər, ancaq hələ ki, bunun əlamətləri müşahidə edilmir. Ümumiyyətlə, bu virus çox yavaş bir şəkildə mutasiyaya uğrayır. Payız və qışda virus yoluxucu xəstəliklərlə, xüsusən də qriplə üst üstə düşə bilər.

Qrip mövsümü başlayanda bu iki infeksiyanın üst-üstə düşməsi və ciddi problemlər yaratması gözlənilir, çünki bu iki xəstəliyin simptomları bir-birinə çox oxşayır.

İkincisi, eyni insan eyni zamanda qrip və covidə tutula bilər. Bu bədənə ciddi bir zərbə ola bilər. Belə bir xəstəni müalicə etmək daha çətin olacaq. Buna görə də əhaliyə müraciət edirəm ki, bu iki təhlükəli infeksiyadan qorunmanın ən yaxşı yolu qrip əleyhinə peyvənd vurdurmaqdır, çünki Covid peyvəndi hələ mövcud deyil, amma qripin vaksini var. Həmişə insanlara qripə qarşı peyvənd vurdurmalarını tövsiyə etmişik", - dedi Tenqiz Çerçvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər