13 
Sen
2020
10:26
3168

Məktəblərin açılışı bu şəhərlərdə də təxirə salındı

"Acara bölgəsində, Kobuleti və Batumidən başqa 15 sentyabrdan etibarən Xelvaçauridə də məktəblər onlayn formatda başlayacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze açıqlayıb.

Onun sözlərinə görə, Acaranın yüksək dağlıq ərazilərində şagirdlər sentyabrın 15-də sinif otaqlarında təhsilə başlayacaqlar.

"Artan risklər fonunda hər istiqamətdə nəzarəti gücləndirmişik. Həmçinin məktəblərin təxirə salınması barədə müvafiq qərar verildi, Kobuleti və Batumiyə Xelvaçauri də əlavə edildi və siniflərdə tədris prosesi 1 oktyabr tarixindən etibarən bərpa ediləcək. Oktyabrın 1-dək bu üç bələdiyyədə təhsil məsafəli sistemlə keçiriləcək. Yüksək dağlıq Acara bölgəsində isə şagirdlər sentyabrın 15-dən siniflərdə təhsil ala biləcəklər", - dedi Rijvadze.

Qeyd edək ki, 15 sentyabrdan etibarən Tbilisi, Rustavi, Kutaisi, Zuqdidi, Qori, Poti, Kobuleti və Batumidə onlayn təhsil başlayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər