19 
Nybr
2024
10:00
304

Hüquq-mühafizə orqanlarının əməkdaşları Melikişvili prospektində kordon yaradıblar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Melikişvili prospektində kordon yaradıblar.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları hələ də prospektdə qalırlar.

Aksiya iştirakçılarının sözlərinə görə, dağılmaq fikrində deyillər. Siyasi partiyaların rəhbərləri, üzvləri və fəalları da iştirak edirlər.

Məlumat üçün bildirək ki, səhər saatlarında Melikişvili prospektində etirazçılara qarşı bibər qazı istifadə olunub.

Polislə aksiya iştirakçıları arasında qarşıdurma davam edir.

Qarşıdurma polisin etirazçıları prospekti tərk etməyə çağırmasından sonra başlayıb.

Bir neçə nəfər də saxlanılıb. Həbs edilənlərdən əlavə bir nəfər də yaralanıb və təcili yardım maşını ilə ərazidən çıxarılıb.

Bizimlə əlaqə saxlayın