Gürcüstan prezidenti Salome Zurabişvilinin bu gün verməli olduğu bəyanatı bazar ertəsinə qədər təxirə salınıb.
InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.
Onların sözlərinə görə, təfərrüatlar daha sonra açıqlanacaq.
Prezidentin brifinqi saat 20:00-da Orbeliani sarayında keçirilməli idi.
