14 
Nybr
2024
22:58
231

İrakli Kobaxidze: Cəmiyyət seçkilərin fövqəladə əhəmiyyətini tam dərk etdi, ölkənin dinc inkişafını dəstəklədi

"Müharibə və sülhün taleyinin həll olunduğu prinsipial, həlledici, referendum kimi bir seçki idi. Bu mesaj gürcü cəmiyyəti tərəfindən layiqincə paylaşıldı".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Birinci Kanalının “Aktual mövzu – Maka Tsintsadze ilə” verilişində bildirib.

Kobaxidzenin sözlərinə görə, cəmiyyət Gürcüstanın uzunmüddətli sabit və dinc inkişafını dəstəkləyib.

“Bir daha təkrar edə bilərik ki, bu, prinsipial, həlledici seçki idi, referenduma ekvivalent seçki idi, burada faktiki olaraq müharibənin və sülhün taleyi həll edildi. Bu mesaj gürcü cəmiyyəti tərəfindən layiqincə paylaşıldı və seçkilərdə qeydə alınan yüksək fəallıq, görünməmiş yüksək fəallıq bununla bağlıdır. Bu misilsiz fəallıqla əslində məlum oldu ki, ictimaiyyət bu seçkilərin xüsusi və fövqəladə əhəmiyyətini tam dərk edib, bizim kursumuzu, hakim komandanı, “Gürcü arzusunu” dəstəkləyib və nəhayət, uzunmüddətli sabit, dinc inkişafı dəstəkləyib. Bunun üçün gürcü cəmiyyətinə bir daha təşəkkür etməliyik”, - deyə İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın