Gürcüstanda keçirilən seçkilər azad və ədalətli hesab edilmir.
InterPress.ge xəbər verir ki, bu barədə Estoniyanın baş naziri Kristen Mixal Aİ-yə üzv dövlətlərin liderlərinin Budapeştdə keçirilən qeyri-rəsmi görüşündən əvvəl jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bugünkü iclasda müzakirə olunan məsələlərdən biri Gürcüstanda keçiriləcək seçkilər olacaq.
“Düzünü desəm, son seçkilər azad və ədalətli sayılmır. Deməliyik ki, Gürcüstanın Avropaya gedən yolunu onun liderləri dayandırıb. Beləliklə, biz bunu nəzərdən keçirəcəyik”, - Estoniyanın baş naziri bildirib.
