“2030-cu ildə bütün namizəd ölkələrlə müqayisədə Gürcüstan Aİ-yə üzv olmağa daha hazır olacaq” - Kobaxidze
"Bizim çox aydın gündəmimiz var, 2030-cu ilə qədər Avropa İttifaqına üzv olmaq kimi iddialı hədəfimiz var".
InterPress.ge xəbər verir ki, bu barədə Macarıstanda jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
Baş nazirin qeyd etdiyinə görə, 2030-cu ildə bütün namizəd ölkələrlə müqayisədə Gürcüstan istər demokratiya, istər insan haqları, istər iqtisadiyyat, istərsə də hər hansı digər sahədə Avropa İttifaqına daxil olmağa daha çox hazır olacaq.
“Bu seçkilərdə, digər məsələlərlə yanaşı, ölkənin Avropa gələcəyinin taleyi həll olundu. Müxalifətin planlarının nədən ibarət olduğunu bilirsiniz və sonda həmin planların həyata keçirilməməsi ölkənin Aİ-yə doğru irəliləməsini davam etdirmək üçün həlledici əhəmiyyət kəsb edirdi. Bir daha qətiyyətlə təkrarlaya bilərik ki, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına üzv olmağa çox hazır olacaq. Bütün namizəd ölkələrlə müqayisədə Gürcüstan istər demokratiya, istər insan haqları, istər iqtisadiyyat, istərsə də hər hansı digər sahədə bütün aspektlərdə Avropa Birliyinə üzv olmağa daha hazır olacaq”, - deyə İrakli Kobaxidze bildirib.


