07 
Nybr
2024
19:25
316

Baş nazir İrakli Kobaxidze Avropa Şurasının baş katibi ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Şurasının baş katibi Alan Berse ilə görüşüb.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

“Budapeştdə Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən görüşdə söhbət ölkənin Avrointeqrasiya yolunda islahatların həyata keçirilməsi prosesinə mühüm töhfə verən Avropa Şurası ilə Gürcüstan arasında səmərəli əməkdaşlığa toxunulub.

Tərəflər həmçinin Avropanın təhlükəsizliyinin qarşısında duran çağırışları və Gürcüstanın işğal olunmuş ərazilərində mövcud vəziyyəti müzakirə ediblər. Münaqişələrin sülh yolu ilə həlli və etimadın yaradılması prosesində Avropa Şurasının rolu, o cümlədən humanitar layihələr və dialoq mexanizmlərinə diqqət yetirilib. 

Baş nazir Avropa Şurası ilə əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib və Avropa qitəsində demokratiyanın, insan haqlarının və qanunun aliliyinin möhkəmləndirilməsi prosesində təşkilatın mühüm rolunu vurğulayıb”, - məlumatda qeyd olunur. 

Bizimlə əlaqə saxlayın