07 
Nybr
2024
11:40
263

Emmanuel Makron, Olaf Şolz, Donald Tusk: Gürcüstan hazırkı kursunu dəyişməsə, biz Gürcüstanla üzvlük danışıqlarının başlanmasını dəstəkləyə bilmərik

Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz və Polşanın baş naziri Donald Tusk birgə bəyanatla çıxış edərək Gürcüstandakı mövcud siyasi vəziyyətdən narahat olduqlarını bildiriblər.

InterPress.ge xəbər verir ki, bh barədə Reuters nəşri yazır.

Nəşrin yazdığına  görə, birgə bəyanatla çıxış edən Makron, Şolz və Tusk Veymar üçbucağı formatının üzvləri bildiriblər ki, əgər Gürcüstan islahatlar aparmasa, Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlaya bilməzlər.

“Əgər Gürcüstan hazırkı kursunu dəyişməsə və islahatlarla bağlı, xüsusən də Avropa dəyərlərinə və prinsiplərinə zidd olan son qanunvericiliyi ləğv etməklə ciddi səylər göstərməsə, biz Gürcüstanla üzvlük danışıqlarının açılmasının tərəfdarı ola bilmərik”, - bəyanatda deyilir. .

Bizimlə əlaqə saxlayın