Şarl Mişel: Avropa Şurasının qeyri-rəsmi görüşündə Avropa liderləri Gürcüstanda seçkilərdən sonra vəziyyəti müzakirə edəcəklər
Avropa Şurasının qeyri-rəsmi görüşündə Avropa liderləri Gürcüstandakı seçkilərdən sonra vəziyyəti müzakirə edəcəklər.
InterPress.ge xəbər verir ki,bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Aİ-yə üzv ölkələrin liderlərinə göndərdiyi dəvət məktubunda qeyd olunub.
"Həmçinin, biz Gürcüstanda seçkilərdən sonra vəziyyəti və gələcək yolları müzakirə edəcəyik”-Şarl Mişel məktubunda qeyd edib.
Avropa Şurasının sabah, noyabrın 8-də Budapeştdə keçiriləcək qeyri-rəsmi toplantısında liderlər transatlantik əlaqələrdən, BMT-yə dəstəkdən danışacaqlar.
“ABŞ ilə əlaqələrimiz çox vacibdir və biz onu dərinləşdirməyə hazırıq. Strateji gündəliyə uyğun olaraq, biz prioritetlərimizi həyata keçirməyə davam etməli, güclü və suveren Avropanın qurulması istiqamətində fəal işləməliyik”, - Mişel bildirib.
Həmçinin, bu gün Budapeştdə Gürcüstan da daxil olmaqla 47 dövlətin iştirak edəcəyi Avropa siyasi birliyinin sammiti keçiriləcək.
Avropa siyasi birliyinin sammitində dövlət və hökumət başçıları Avropanın təhlükəsizlik problemlərini, Rusiyanın Ukraynaya qarşı aqressiv müharibəsini, Yaxın Şərqdəki hazırkı eskalasiyanı, qeyri-qanuni miqrasiya və qlobal ticarəti müzakirə edəcəklər.


