07 
Nybr
2024
09:45
250

Apellyasiya Məhkəməsində parlament seçkiləri zamanı səslərin gizliliyinin pozulması ilə bağlı iddialara baxılması davam edir

Apellyasiya Məhkəməsində parlament seçkiləri zamanı səslərin gizliliyinin pozulması ilə bağlı iddialara baxılması davam edir.

InterPress.ge xəbər verir ki,  bu barədə“Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası”nın rəhbəri Nona Kurdovanidze bildirib.

 Kurdovanidzenin verdiyi məlumata görə, bütün gecə boyunca məhkəmə prosesləri müzakirə olunub. Onun sözlərinə görə, Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası işin təxirə salınması, bölünməsi, hakimlərin kənarlaşdırılması ilə bağlı bir neçə vəsatət versə də, təmin edilməyib.

Lakin Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası rəhbərinin izah etdiyi kimi, məhkəmə hələ də sübutların tədqiqi mərhələsinə keçməyib.

"Müzakirə gecə boyu davam etdi. Bir neçə texniki fasilə oldu. Hazırda proses izahat mərhələsindədir", - Kurdovanidze qeyd edib.

Məlumat üçün bildirək ki, dünən Apellyasiya Məhkəməsində səslərin gizliliyinin pozulması ilə bağlı iddialara baxılmasına başlanılıb. Apellyasiya Məhkəməsi "Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası" və “Mənim səsim” koalisiyasının 12 işini birləşdirib.

Bizimlə əlaqə saxlayın