Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Səfir: Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil

287
Səfir: Gürcüstan və ABŞ xalqları arasındakı münasibətlər seçkilərdən asılı deyil
Dinləmək üçün basın

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan iki ölkənin xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu…

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan iki ölkənin xalqları arasındakı əlaqələrin bu və ya digər ölkədə hansısa seçkilərin keçirilməsindən asılı olmayaraq istənilən siyasi dəyişikliyə tab gətirəcəyinə əmin olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, o, bu barədə Amerika Ticarət Palatasının təşkil etdiyi “election breakfast”də söyləyib.

“ABŞ ilə Gürcüstan arasındakı münasibətlər istənilən siyasi dəyişikliyə tab gətirəcək... Mən həqiqətən inanıram ki, Gürcüstanda və ya ABŞ-də keçirilən istənilən seçkidə nə baş verməsindən asılı olmayaraq, xalqlar arasındakı münasibət dəyişməyəcək... İnsanlar, şirkətlər, universitetlər, müəssisələr, analitik mərkəzlər, institutlar, hərbçilər, hüquq-mühafizə orqanları arasında münasibətlər istənilən dəyişikliyə tab gətirəcək”, - səfir deyib.

Xatırladaq ki, daha əvvəl Respublikaçılar Partiyasının namizədi Donald Trampın tələb olunan 270 seçici səsi həddini keçərək 277 seçicinin dəstəyini qazandığı və bununla da seçkilərdə qələbə qazandığı bildirilmişdi

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →