31 
Okt
2024
10:54
479

Rəsmi açıqlama: Seçki qutusuna çoxlu sayda bülleten atdığına görə Rövşən İskəndərov və daha bir şəxs saxlanılıb

Daxili İşlər Nazirliyi Marneulidəki 69 saylı seçki məntəqəsində seçki qutusuna bülleten atdıqlarına görə həmin bələdiyyənin şura sədrinin müavini Rövşən İskəndərovu və daha bir nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə DİN məlumat yayır.

“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və əməliyyat-istintaq tədbirləri nəticəsində iki nəfəri həbs ediblər: 1984-cü il təvəllüdlü R.İ. və 1990-cı il təvəllüdlü E. İ.

İstintaq müəyyən edib ki, 2024-cü il oktyabrın 26-da Gürcüstan parlamentinə keçirilən seçkilər zamanı Marneuli bələdiyyəsinin Sadaxlı kəndinin 69 saylı seçki məntəqəsində təqsirləndirilən şəxslər qanunun tələblərini pozaraq seçki bülletenlərini qutuya atıblar.

Qeyd olunan faktla əlaqədar Marneuli Dairə Seçki Komissiyasının qərarı ilə 69 saylı seçki məntəqəsində səsvermə dayandırılıb və səsvermənin nəticələri etibarsız hesab edilib.

Aparılmış istintaq hərəkətləri nəticəsində R.İ və E. İ təqsirləndirilən şəxs qismində həbs edilib.

Cinayət 2 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 164-cü maddəsi ilə istintaq aparılır, ona əsasən seçkilərlə bağlı sənədlər:

Bu, seçki siyahılarının, protokolların, bülletenlərin, qeydiyyat jurnallarının və nəzarət vərəqələrinin qəsdən saxtalaşdırılmasını nəzərdə tutulur”, - Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın