"[Gürcüstanda] seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirmədiyinə dair aydın sübutlar təqdim edildi” - Helsinki Komissiyası
"Gürcüstanda keçirilən parlament seçkilərindən sonrakı günlərdə Gürcüstan vətəndaş cəmiyyəti, siyasətçiləri və müşahidəçilər seçkilərin nəticələrinin gürcü xalqının iradəsini əks etdirmədiyinə dair aydın sübutlar təqdim etdilər".
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Helsinki Komissiyası X-də yazıb.
“Üçüncü tərəflər və yerli müşahidəçilər tərəfindən həm seçkidən əvvəl, həm də seçki günü sistemli pozuntular göstərildi ki, bu da öz növbəsində seçkinin bütövlüyünə təsir edir.
Gürcüstan prezidenti Zurabişvili seçkilərin nəticələrinin saxtalaşdırıldığını açıq şəkildə bəyan edib və o, həmçinin Rusiyanın seçkilərə müdaxilə etmək və Gürcüstanın hökumət institutlarını sarsıtmaq cəhdlərini vurğulayıb. Prezident Zurabişvili, müxalifət partiyaları və vətəndaş cəmiyyəti gürcü xalqının həqiqi iradəsini əks etdirən seçki prosesi üçün yol tapmağa çalışarkən, ABŞ və Avropa İttifaqı onların yanında olmalı və gürcülərin öz demokratiyalarını qoruması üçün son addımları atmalıdır", - bəyanatda deyilir.


