Avropa İttifaqına üzv olan 13 ölkənin nazirləri Gürcüstanla bağlı bəyanat yayıblar
"Bu çətin zamanda biz gürcü xalqının yanındayıq. Nümayişlərin və hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir".
InterPress.ge xəbər verir ki, bu barədə Aİ-yə üzv 13 ölkənin nazirlərinin birgə bəyanatında deyilir.
“Biz Gürcüstandakı mövcud vəziyyətdən dərin narahatıq. Beynəlxalq müşahidəçilər seçki kampaniyası və seçki günü zamanı pozuntular barədə məlumat veriblər. Biz azad və ədalətli seçkilərin beynəlxalq standartlarını pozan bütün hərəkətləri pisləyirik. Onların narahatlıqlarını bölüşür və şikayətlərin qərəzsiz araşdırılmasını və aşkar edilmiş pozuntuların aradan qaldırılmasını tələb edirik. Bu çətin zamanda biz gürcü xalqının yanındayıq. Nümayişlərin və hökumətin onlara reaksiyasının dinc şəkildə davam etməsi vacibdir. Seçki bütövlüyünün pozulması Aİ namizədindən gözlədiyimiz standartlara uyğun gəlmir. Bu, gürcü xalqının qanuni Avropa istəklərinə xəyanətdir. Qanunun aliliyinin qorunması və azad, ədalətli seçkilər Gürcüstanın Avropa İttifaqına gedən yolda irəliləməsi üçün zəruri şərtdir. Baş nazir Orbanın Gürcüstana vaxtından əvvəl səfərini tənqid edirik. O, Avropa İttifaqı adından danışmır”, - Aİ-yə üzv olan 13 ölkənin nazirlərinin bəyanatında deyilir.


