Müxalifət yenidən seçkilərin keçirilməsini tələb edir
"Bizim çox konkret tələbimiz var - seçkilərin yenidən və Beynəlxalq Seçki Administrasiyası tərəfindən keçirilməsini tələb edirik".
InterPress.ge xəbər verir ki, bu barədə mitinqdə “Birlik-Milli Hərəkat”ın liderlərindən biri Giorgi Vaşadze açıqlama verib.
O, öz komandası adından planları ictimaiyyətə təqdim edib və qeyd edib ki, seçkilərin yenidən keçirilməsi məsələsindən başqa heç kimlə danışıqlara hazırlaşmırlar.
“Komandamız adından qərarlarımızla bağlı konkret danışmaq istəyirəm. Siz də, biz də bu seçkiləri qeyri-legitim tanıyırıq, bu seçkilər legitim deyil!
Biz bu parlamentə girməyəcəyik, bütün mandatlardan imtina edib siyahıları bağlayacağıq!
Qələbəyə qədər mübarizə aparacağıq və sizə söz veririk, mütləq birlikdə qalib gələcəyik!
Bizim çox konkret tələbimiz var - seçkilərin yenidən keçirilməsi, lakin bu saxta seçki administrasiyası tərəfindən deyil, beynəlxalq seçki administrasiyası tərəfindən keçirilməlidir. Bunlar yerinə yetirilməli olan tələblərdir.
Bununla belə, heç bir danışıqlara girmək fikrində deyilik. Heç bir dialoq aparmağa hazırlaşmırıq, yeganə danışıqlar və razılıq yeni keçiriləcək seçkilərlə bağlı olmalıdır, onu “Gürcü arzusu” və DTX-nin idarə etdiyi seçki komissiyaları deyil, beynəlxalq administrasiya aparmalıdır”, - Vaşadze bildirib.