25 
Okt
2024
12:41
757

Mixail Saakaşvili Gürcüstan azərbaycanlılarına Azərbaycan dilində müraciət etdi

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili öz Facebook sosial şəbəkəsində  Gürcüstanda yaşayan azərbaycanlılara Azərbaycan dilində müraciət edib.

InterPress.ge xəbər verir ki, Saakaşvili müraciətində həmvətənlərinə sabahkı seçkidə qorxmadan, ədalətli səs verməyə çağırıb.

"Mənim əziz həmvətənlərim!

Bu sizin həyatınızın ən əsas seçkisidir. Ayın 26-da qalib gəlməliyik. Sizi nə qədər çox sevdiyimi yaxşı bilirsiniz. Biz bərabər çox işlər görmüşük və irəli də birgə görüləcək daha çox işlərimiz var.

Vətənimiz Gürcüstanı əmin-amanlığa birgə çıxarmalıyıq. Heç nədən qorxmayın."Sizin səsinizin heç bir əhəmiyyəti yoxdur və ya hökumət sizin kimə səs verdiyinizi biləcək deyənlərə inanmayın.

Rahat seçkilərə gedin və 5 nömrəyə səs verin."- Saakaşvili yazıb.

Bizimlə əlaqə saxlayın