Prezident qərbyönlü partiyalarla növbədənkənar seçkilər və baş nazirliyə namizəd mövzularında dialoq aparacaq
"Qərbyönlü partiyalarla növbədənkənar seçkilər və baş nazirliyə namizəd mövzularında dialoq aparacağam".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili bəyan edib.
"Xartiyada əsas olan əvvəllər verilmiş tövsiyələrin yerinə yetirilməsi və ölkəni Avropa yoluna qaytarmaqdır. Xartiyanın məzmunu belədir. Bugünkü seçkilərdə insanlar birbaşa olaraq istənilən partiyadan daha çox Avropaya səs verirlər. Bu referendum formatıdır. Ona görə də hesab olunur ki, yəqin ki, bir ildən sonra yeni seçkilərin artıq azad şəraitdə, tam azad bir mühitdə keçirilməsi məqsədəuyğundur, amma mən burada da baş nazirliyə namizədlə bağlı qərbyönlü partiyalarla dialoq aparacağam, harada konsensus varsa, mən orada olacağam”, - Salome Zurabişvili bildirib.


