23 
Okt
2024
21:25
359

İvanişvili: İrəlidə bizi yenidənqurma və Avropa İttifaqına inteqrasiya illəri gözləyir

"Mən artıq bir neçə dəfə qeyd etmişəm və indi də təkrar edirəm ki, 2012-ci il oktyabrın 1-dən – bu günə qədər Gürcüstan hökuməti və “Gürcü arzusu” xarici və ya yerli radikallar tərəfindən ölkədə inqilabların təşkil edilməsi və ölkəni qarışdırmaq cəhdləri rejimində davamlı sülhü qorumaq üçün çətin yollardan keçir".

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisidə seçki kampaniyasının yekununda çıxışı zamanı “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili bildirib.

Onun qeyd etdiyinə görə, bu çətin yolun sonunda, ölkənin demək olar ki, əmin-amanlıq içində olduğu bir vaxtda əsas döyüş xətti seçkilərdir, çünki Gürcüstanın mövcud olub-olmaması məsələsi həll olunur.

“Bu gün bu çətin yolun sonunda, demək olar ki, ölkəni sülhə gətirdiyimiz bir vaxtda əsas döyüş xətti 26 oktyabr seçkiləridir. Daha sadə desək, oktyabrın 26-da siyasi simpatiya-antipatiya deyil, Gürcüstanın varlığı - yoxluğu məsələsi həll olunur. Seçkilərdə “Gürcü arzusu” qalib gələcək və təkcə mən yox, bütün Gürcüstan, o cümlədən rəqiblərimiz əmindirlər ki, biz sülhü qoruyub ölkəni xilas etməklə yanaşı, həm də qalib gələcəyik, çünki qarşıda bizi inkişaf və yenidənqurma və Avropa İttifaqına inteqrasiya illəri gözləyir”, - Bidzina İvanişvili əhaliyə bildirib.

Bizimlə əlaqə saxlayın