İrakli Kobaxidze: “Gürcü arzusu” ölkənin bütün istiqamətlərdə dinc və sabit inkişafını davam etdirəcəyinə yeganə təminatdır
"Avropa AB siyasətçilərindən və rəsmilərindən tez-tez eşitdiyimiz ədalətsizliyi sevmir, Avropa xristian dəyərlərinin rədd edilməsini, Avropa LGBT təbliğatını sevmir, Avropa qeyri-şəffaflığı və digər insanların suverenliyinə hörmətsizliyi sevmir".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze Tbilisidə seçki kampaniyasının yekun tədbirində bildirib.
Onun qeyd etdiyinə görə, 2030-cu ilə qədər Gürcüstan Avropa İttifaqına yalnız ləyaqətlə, xristianlığa, kilsəyə və mənəviyyata, müstəqilliyə və suverenliyə hörmətlə üzv olacaq.
“Yalnız ləyaqətlə Avropaya - bu, cənab Bidzina İvanişvilinin əsasını qoyduğu siyasətdir və buna görə ona bir daha təşəkkür etmək istərdim. Biz Avropaya ancaq sülh yolu ilə gedəcəyik. Sülh olmasa, nə inkişaf olar, nə də Avropaya inteqrasiya. Ötən 4 il ərzində biz ən ağır təzyiqlərə, şantajlara tab gətirdik və ən böyük risklərə baxmayaraq, Gürcüstanda sülhü qoruduq. Bizim hakimiyyət müstəqilliyi bərpa etdikdən sonra ölkədə müharibə olmayan ilk hakimiyyətdir. Biz Gürcüstanda 12 ildir fasiləsiz sülhü qoruyub saxlamışıq və indi də məhz “Gürcü arzusu” ölkənin bütün istiqamətlərdə dinc və sabit inkişafını davam etdirəcəyinə yeganə təminatdır”, - deyə İrakli Kobaxidze bildirib.


