Bidzina İvanişvili: Müharibəni deyil, sülhü, köləliyi deyil, azadlığı seçirik
"Mən şəxsən sizə söz verirəm, sülh, ləyaqət, firavanlıqla Avropaya doğru - bu, bizim çox sevdiyimiz, müstəqil olan və müstəqil olacaq ölkədə reallığa çevriləcək, bu ölkə öz xalqının taleyini təyin edəcək, gürcü xalqından başqa heç kimə icazə verməyəcək ki, Gürcüstan üçün nəyin xeyirli olduğunu, nəyə inanmalı və hansı dəyərlərlə yaşamalı olduğumuzu təyin etsin".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili açıqlama verib.
Seçki kampaniyasının yekununda çıxış edən İvanişvili qeyd edib ki, Gürcüstan sülh, azadlıq, firavanlıq və bərabərliyə əsaslanan ləyaqətli Avropa gələcəyini seçir.
"Və biz müharibəni deyil, sülhü, köləliyi deyil, azadlığı, yoxsulluğu deyil, rifahı, qaranlıq deyil, bərabərliyə əsaslanan ləyaqətli Avropa gələcəyini seçirik!
Biz Avropaya yalnız sülh, ləyaqət və firavanlıqla gedəcəyik!
Gəlin bir yerdə dayanıb vahid, azad və işıqlı Gürcüstanda yaşayaq!”, - İvanişvili Tbilisiyə toplaşan əhaliyə müraciət edib.


