"Gürcü Arzusu"nun nümayəndələri Qaracalar kəndində əhali ilə görüş keçiriblər
"Gürcü Arzusu"nun nümayəndələri Qaracalar kəndində əhali ilə görüş keçiriblər.
InterPress.ge xəbər verir ki, görüşdə Qaracalar, Ağtəhlə və Qaratəhlə kəndlərinin sakinləri iştirak edib.
Görüşdə "Gürcü Arzusu"nun deputatlığa namizədi Savalan Mirzəyev, Kvemo Kartli qubernatorunun müavini Qiorqi Sincikaşvili, Qardabani meri Davit Qarqarateli, mer müavini Fuad Mirzəyev, bələdiyyə sədrinin müavini Samir Xiyalov, Vüqar Məmmədov və digər rəsmilər və tanınmış şəxslər iştirak ediblər.
Məlumata görə, yerli əhali üçün prioritet məsələlər müzakirə edilib, həmçinin hakim komandanın idarəçiliyi dövründə həyata keçirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan lahiyələrə toxunulub.
Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri və ölkədə əmin-amanlığın vacibliyi vurğulanıb.
Görüşdə hər üç kəntdə həyata keçirilən infrastruktur layihələrindən də danışılıb.


.jpg)


