21 
Okt
2024
22:06
433

Bidzina İvanişvili: "Hər şey yaxşı olacaq, hamı ayın 27-də rahat yatsın, amma yaxın gələcəkdə..."

"Hər şey yaxşı olacaq, ayın 27-də hamı rahat yatsın, amma yaxın gələcək çox gərgin olacaq, bu gün çətin geosiyasət, regionda çətin reallıq var, bunun hesabını mütləq verməliyik".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişvili açıqlama verib.

Onun sözlərinə görə, Gürcüstanda heç kim virtual reallıq yarada bilməz.

“Biz bu 12 il ərzində çox şeylər, min cür cəhdlər gördük, hər şey yaxşı olacaq, bu gün Gürcüstanda əsl demokratiya var, bu elə bir demokratiyadır ki, onun əsasında Avropa bu qədər cazibədar olub, lakin mən bunu təəssüf ki, bu gün Avropanın bu baxımdan əksik olduğunu görürəm. Avropadan, Amerikadan bəyanatlar eşidirik, amma onlar əsas şeyi unudurlar, Gürcüstanda virtual reallıq yarada bilməzlər, çünki müxtəlif fikirlər var, müxtəlif media var və bizim artıq böyük təcrübəmiz var. Hər şey yaxşı olacaq, ayın 27-də hamı rahat yatsın, heç bir problem olmayacaq, amma yaxın gələcək çox gərgin olacaq. Bu gün çox çətin geosiyasi vəziyyət var və bu, bütün regionda çətin reallıqdır, biz bunun hesabını mütləq verməliyik”, - Bidzina İvanişvili bildirib.

Bizimlə əlaqə saxlayın