“Gürcüstan Avropa İttifaqını seçir” - bu adla Tbilisidə 5 yerdən xalq yürüşü başlayıb.
InterPress.ge xəbər verir ki, Marcanişvili meydanı, 300 Araqveli abidəsi yaxınlığı, Amağleba küçəsi, Qəhrəmanlar meydanı və Respublika meydanına toplaşan vətəndaşlar indi Azadlıq meydanına doğru irəliləyirlər.
Aksiya-yürüşə vətəndaş cəmiyyəti ilə yanaşı, “Dəyişiklik Naminə Koalisiya”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” partiyalarının üzvləri də daxil olmaqla, siyasi partiyaların nümayəndələri qatılıb.
Saat 19:00-da Azadlıq Meydanında bir sıra gürcü avropapərəst musiqiçilərin iştirak edəcəyi aksiya-konsert planlaşdırılır.
