19 
Okt
2024
20:09
312

İvanişvili: Gürcüstanda heç vaxt heç kim avtoritar rejim qura bilməyəcək!

"Yəqin xatırlayırsınız ki, 12 il əvvəl Gürcüstanın ana şəhəri Kutaisidə sizin qarşınızda çıxış edərkən vətənimiz, hüquqlarımız, ailəmiz uğrunda birgə mübarizə aparacağımıza söz vermişdik... Şəxsən mən sizə söz vermişəm ki, bu qeyri-bərabər döyüşdə sona qədər sizin yanınızda olacam! Biz birliyimizlə, həqiqətimizlə, bir-birimizə inamımızla qalib gəldik və hamıya göstərə bildik ki, Gürcüstan heç vaxt heç kim tərəfindən avtoritar rejimin qurulmayacağı, azad insanların vətəni, demokratik, inkişaf etmiş ölkə olub, var və olacaq".

InterPress.ge xəbər verir ki, bu barədə Kutaisidə seçki kampaniyası çərçivəsində çıxışı zamanı “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq, bu ölkədə yaşayan hər bir insanın ləyaqətinə əsaslanan dövlət qurub.

“Gürcü arzusu” hakimiyyətə gəldikdən sonra biz bu ölkədə yaşayan hər bir insanın, etnik, dini və digər mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşın ləyaqətini əsas götürən dövlət qurmuşuq.

Bunun nəticəsidir ki, biz demokratiyaya, qanunun aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanan, fundamental insan hüquqlarının, fikir və söz azadlığının qorunduğu bir ölkədə yaşayırıq; Bizim sağlam məhkəmə sistemimiz, müstəqil mediamız, toxunulmaz biznesimiz var... İnsanlar sərbəst nəfəs alır və artıq heç kimin siyasi təqib qorxusu yoxdur”, - Bidzina İvanişvili bildirib.

Bizimlə əlaqə saxlayın