Bidzina İvanişvili: “Gürcü arzusu” düşünülmüş siyasət və düşünülmüş islahatlarla Gürcüstan əhalisinin vəziyyətini yaxşılığa doğru dəyişə bildi
"Gürcü arzusu" düşünülmüş siyasət və islahatlarla Gürcüstan əhalisinin vəziyyətini yaxşılığa doğru dəyişə bildi".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü arzusu"nun fəxri sədri Bidzina İvanişvili Kutaisidə regional tədbirdə deyib.
Onun qeyd etdiyinə görə, “Gürcü arzusu” istər insan hüquqları, istər məhkəmə, istər səhiyyə, istər kənd təsərrüfatı, istər iqtisadiyyat, istər təhsil, istərsə də digər sahələrdə vəziyyəti prinsipial olaraq yaxşılaşdırıb.
“Bildiyiniz kimi, oktyabrın 7-də Gürcüstanın Baş naziri artıq ictimaiyyətə komandamızın nailiyyətləri və heyrətamiz dərəcədə təsir edici və Gürcüstanın hər bir vətənpərvərini hədsiz dərəcədə sevindirən iddialı, lakin real proqramı təqdim etdi!
Amma insan “Gürcü arzusu”nun irəliləyişini görmürsə, yaxud bizim statistikaya, məlumatlarımıza inanmırsa, mötəbər beynəlxalq təşkilatların ölkəmizlə bağlı reytinqlərinə baxa bilər. Mən artıq Batumi və Zuqdididə keçirilən görüşlərdə bu barədə ətraflı danışmışam; Gürcüstan əhalisi bunu öz gözləri ilə görür və hətta son 11 ildə komandamızın əldə etdiyi və beynəlxalq təşkilatların araşdırmaları ilə dəstəklənən tərəqqini son dərəcə qərəzli rəqib belə inkar etməyə cəsarət etmir. Bu araşdırmalara görə, Gürcüstan bəzən ilk beşlikdə, bəzən üçüncü, bəzən hətta dünyanın ən yaxşılarından biridir!
Keçmişin təsirli nailiyyətləri və Ümumdünya Valyuta Fondunun gələcək proqnozuna əsasən, ölkəmizin onillik artımın üç əsas istiqaməti üzrə dünyada ilk üçlüyə daxil olması “Gürcü arzusu"nun düzgün siyasətinin nəticəsidir.
Bu o deməkdir ki, 2030-cu ilə qədər yüksək ehtimalla Gürcüstan Dünya Bankının qradasiyasına görə yüksək gəlirli statusa malik ölkəyə çevriləcək və biz fəxrlə Avropa İttifaqının zəngin ölkələri sırasına daxil olacağıq.
Ən əsası, bu irəliləyişin əsas şərti odur ki, “Gürcü arzusu” Gürcüstanın yaxın tarixində yeganə siyasi qüvvəyə çevrilib ki, hətta ən çətin geosiyasi vəziyyətdə, regionda davam edən hərbi münaqişələr fonunda 12 il davamlı sülhü təmin edib.
Bu faktdır ki, bizim opponentlərimiz bütün bunları gizlətməyə, təhrif etməyə və görməməzliyə vurmağa çalışırlar, lakin gürcü xalıq hər şeyi öz gözləri ilə görür”, - deyə Bidzina İvanişvili bildirib.


