Lavrov: "Tbilisi ilə əlaqələrimiz var... diplomatlarımız orada işləyir, lazım gəldikdə, aktual məsələləri müzakirə etmək imkanı var”
"Tbilisi ilə əlaqələrimiz var... diplomatlarımız orada işləyir və lazım gəldikdə, onların aktual məsələləri müzakirə etmək imkanı var”
InterPress.ge xəbər verir ki, bunu Rusiya XİN rəhbəri deyib və söhbətin ticarət və turizm sahələrindən getdiyini vurğulayıb:
"Regiondan kənar ölkələr Cənubi Qafqaza öz şərtlərini diktə etməyə çalışırlar. Onların məqsədi orada mövcud olan problemləri həll etmək deyil, NATO-nun maraqlarını güdmək, təzyiq vasitələrindən istifadə etməkdir. Gürcüstanda baş verənlərə baxın: qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflıq tələb edən qanun, eləcə də LGBT təbliğatına qarşı qanun qəbul etdilər və Avropa İttifaqı dərhal Gürcüstanın artıq təşkilata üzvlüyə namizəd hesab edilmədiyini bildirdi.
Səbəb isə Avropa dəyərlərini paylaşmamasıdır. Bundan başqa, Qərbin Gürcüstanda məqsədlərindən biri də Rusiyaya qarşı ikinci cəbhə açmaq, yəni Abxaziya və Cənubi Osetiya ilə yenidən vəziyyəti gərginləşdirmək və bu iki suveren dövlətlə münasibətləri korlamaqdır. Tbilisi də 3+3 formatında iştirak etmək istəyən kimi gəlib onlar üçün hazır olan oturacaqlarında əyləşə bilərlər.
Əlaqələrə gəlincə, bizim Tbilisi ilə bu əlaqələrimiz var, İsveçrə səfirliyində maraqlar bölməmiz var. Diplomatlarımız orada çalışırlar və lazım gəldikdə aktual məsələləri, ilk növbədə, ticarət, turizm, insanlar arasında birbaşa Gürcüstanın müvafiq qurumları ilə əlaqələri müzakirə etmək imkanı əldə edirlər"
Lavrov Gürcüstanı bir daha qeyd olunan formata dəvət edib - "Biz təsdiq etdik ki, bu platformanın qapısı Gürcüstan üçün həmişə açıqdır. Ümid edirik ki, zamanla gürcü qonşular da onun işinə qoşula biləcəklər".


