18 
Okt
2024
17:12
305

İrakli Kobaxidze: İqtisadi artım tempini saxlamaq və onu daha da sürətləndirmək əsas prioritetlərimizdən biridir

"İlk səkkiz ayın məlumatına görə, bu il bizdə ikirəqəmli iqtisadi artım var, bu, tam olaraq 10% təşkil edir. Əvvəlki üç ildə biz orta hesabla 9,7% artım əldə etmişik ki, bu da Avropada, regionda ən yüksək göstəricidir".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında açıqlama verib.

Kobaxidzenin sözlərinə görə, bu tempin saxlanılması əsas prioritetlərdən biridir.

"Biz seçki proqramı təqdim etmişik ki, ona görə dörd il ərzində iqtisadiyyatımız 130 milyard lariyə çatacaq, büdcəmiz 40 milyard larini keçəcək, işsizlik 4 faizə, yoxsulluq 4 faizə qədər azalacaq. Bunun üçün iqtisadi artım istiqamətində tutduğumuz tempi saxlamaq və daha da sürətləndirmək lazımdır. Təbii ki, proqnozların yaxşılaşması yaxşı haldır, lakin bu proqnozları daha da aşmaq istəyirik. Bu, bizim iddialı vəzifəmizdir”, - deyə baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın