Kaxa Kaladze: Biz iqtisadi artıma görə Avropada liderlərdənik
"Biz iqtisadi artıma görə Avropada liderlərdənik.
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze jurnalistlərə bildirib.
Onun sözlərinə görə, ölkədə müharibə baş versə və Gürcüstan Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulsaydı, iqtisadi artım mümkün olmayacaqdı.
“Ölkədə müharibə olsaydı, ölkənin inkişafı və iqtisadi yüksəlişi mümkün olmazdı. Sanksiya tətbiq etsəydik, bu mümkün deyildi, sadəcə olaraq ağlasığmaz olardı. Bütün bunlar ölkədə əmin-amanlığın olmasının nəticəsidir. Təbii ki, ölkə iqtisadi cəhətdən inkişaf edəcək. İqtisadi artım baxımından biz Avropanın liderlərindən biriyik və buna çox sevinirəm. Təbii ki, bu tendensiya davam edəcək. Bizim inkişaf etmək, daha da irəli getmək, daha çox iş yerləri yaratmaq, yoxsulluq həddində olan insanların sayını daha da azaltmaq, daha da güclü iqtisadiyyata sahib olmaq və sair üçün böyük resurslarımız var”, - Kaladze bildirib.


