"15 sentyabrda artıq məktəblərdə ilk zəng şənliyi keçirilməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə hökumət Administrasiyasının rəhbəri Natia Mezvrişvili qeyd edib. Bildirilir ki, müvafiq qərar Qurumlararası Koordinasiya Şurası tərəfindən verilib.
Onun sözlərinə görə, təhlükəsizlik səbəbindən məktəblərdə bayram tədbirləri ləğv edildi.
