Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Zaxarova: Rusiya Abxaziya, Gürcüstan və Cənubi Osetiya dövlətləri arasında münasibətlərin normallaşmasında çox maraqlıdır

 Zaxarova: Rusiya Abxaziya, Gürcüstan və Cənubi Osetiya dövlətləri arasında münasibətlərin normallaşmasında çox maraqlıdır
Dinləmək üçün basın

“Moskva Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında münasibətlərin normallaşmasında maraqlıdır və ümid edir ki, Tbilisinin mövqeyində müsbət dəyişikliklər gələcək danışıqlarda öz əksini tapacaq və konkret nəticələr…

“Moskva Gürcüstan, Abxaziya və Cənubi Osetiya arasında münasibətlərin normallaşmasında maraqlıdır və ümid edir ki, Tbilisinin mövqeyində müsbət dəyişikliklər gələcək danışıqlarda öz əksini tapacaq və konkret nəticələr verəcək”.

InterPress.ge xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

“Rusiya Cenevrədə keçirilən beynəlxalq danışıqların iştirakçısı və Abxaziya, Gürcüstan və Cənubi Osetiyanın ən yaxın qonşusu kimi bu dövlətlər arasında münasibətlərin normallaşmasında çox maraqlıdır. Moskva bu məsələni həm çoxtərəfli, həm də ikitərəfli formatda tam dəstəkləməyə hazırdır", - Zaxarova qeyd edib.

Onun sözlərinə görə, tərəflərin yanaşmalarında qalan fundamental fərqləri və regionda formalaşmış geosiyasi reallığı nəzərə alsaq, bu məsələlərdən, bu istiqamətdə irəliləyişdən danışmaq hələlik mümkün deyil.

"Lakin Gürcüstanın 2008-ci ilin avqustunda Saakaşvili rejiminin başlatdığı müharibəyə görə Cənubi Osetiya xalqından üzr istəmək niyyəti ilə bağlı son bəyanatları müəyyən ümidlər verir", - Zaxarova qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAysel İsmayılova

Son xəbərlər

Qərbi Avropa yeparxiyasının mitropoliti Avraam (Qarmelia) vəfat edibPoniçalada baş verən partlayışda xəsarət alan İlia İsəyev xəstəxanada vəfat edibAvropa Parlamentində Gürcüstanla bağlı debatlar keçiriləcəkDövlət Qrantlarının İdarə Edilməsi Agentliyi yanvarın 1-dən ləğv ediləcəkMarneulidə MMA turniri keçirilibSon xəbərlərə bax →