09 
Sen
2020
14:11
1046

Teatr və kinoteatrların, həmçinin uşaq əyləncə mərkəzləri bu tarixə kimi bağlı qalacaq

"Teatr və kinoteatrların, həmçinin uşaq əyləncə mərkəzlərinin açılışı bir ay təxirə salınıb".

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyasının rəhbəri Natia Mezvrişvili bildiriib.

Mezvrişvilinin sözlərinə görə, sözügedən qurumlar 1 noyabrda açılacaq.

"Epidemioloji vəziyyət olduqca gərgindir. Buna görə də qurumlararası şura müəyyən məhdudiyyətlər qoymağa və sabah qüvvəyə minəcək xüsusi qaydaları sərtləşdirməyə qərar verdi. Bildiyiniz kimi, bir neçə gün əvvəl Teatrlar və kinoteatrlardakı məhdudiyyətlərin yüngülləşdirilməsinə dair qurumlararası şuranın qərarını açıqlamışdıq xüsusən də bu obyektlərin bəziləri sentyabrın 15-dən, bəziləri də oktyabrın 1-dən açılmalı idi, lakin epidemioloji vəziyyətə görə açılışı 1 aya qədər təxirə saldıq. Buna görə teatr və kinoteatrlar, eləcə də uşaq əyləncə mərkəzləri 1 noyabrdan etibarən açılacaq ", - dedi Mezvrişvili.

Bizimlə əlaqə saxlayın