17 
Okt
2024
12:21
212

Litva prezidenti: Gürcüstanda kritik əhəmiyyət kəsb edən seçkilərin keçiriləcəyini gözləyirik

Gürcüstanda kritik əhəmiyyət kəsb edən seçkilər keçiriləcək, çünki gürcü xalqı hansı istiqaməti də müəyyənləşdirəcək. Əgər onlar mövcud status-kvonu qoruyub saxlasalar, güman etmirəm ki, Gürcüstan Avropaya inteqrasiya yolunda irəliləyiş və uğur əldə etmək şansları ilə maraqlansın.

InterPress.ge xəbər verir ki, bu barədə Litva  prezidenti Gitanas Nauseda Avropa Şurasının Brüsseldə keçirilən iclasından əvvəl jurnalistlərə bildirib.

“Mən sizin diqqətinizi Gürcüstan və Moldovada baş verən kifayət qədər mühüm siyasi hadisələrə cəlb etmək istərdim. Gürcüstan böyük problemdir. Gürcüstanda kritik əhəmiyyət kəsb edən seçkilər keçiriləcək, çünki gürcü xalqı öz istiqamətini müəyyənləşdirəcək. Əgər onlar mövcud status-kvonu qoruyub saxlasalar, mən düşünmürəm ki, Gürcüstan Avropaya inteqrasiya yolunda irəliləyiş və uğur əldə etmək şansları ilə maraqlansın, əgər avropapərəst qüvvələr qələbə qazanarsa, onda biz başqa yol gözləyə bilərik və biz çox bunu çox alqışlayırıq”, - Litva prezidenti bildirib.

Bizimlə əlaqə saxlayın