16 
Okt
2024
22:15
446

“Avropayönlü qüvvələr seçkilərdə qalib gəlsələr, mən yəqin ki, istənilən mövqedə onların tərəfində olacam” - Zurabişvili

Avropayönlü qüvvələr seçkilərdə qalib gəlsələr, mən yəqin ki, istənilən mövqedə onların tərəfində olacam”.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili “Politico”ya müsahibəsində danışıb.

O, “Gürcü arzusu”nun siyasi kursunu da tənqid edib və bunun onun üçün anlaşılmaz olduğunu deyib.

"Avropayönlü qüvvələr və xartiyanı dəstəkləyən partiyalar seçkilərdə qalib gəlsələr, mən yəqin ki, bu xartiyanı Avropa Şurasına çatdırmaq və danışıqların başlanmasını təmin etmək üçün istənilən mövqedə onların yanında olacağam, bu hələ müəyyən edilməlidir", - Salome Zurabişvili qeyd edib.

Salome Zurabişvili İvanişvili haqqında da danışıb və deyib: “Görünür, İvanişvilinin Moskva ilə əlaqələri hələ də mövcuddur və güclənib”.

Bizimlə əlaqə saxlayın