15 
Okt
2024
22:49
386

Bidzina İvanişvili: Elə bir sahə yoxdur ki, orada əsaslı tərəqqiyə nail olmayaq, bu faktdır

"Gürcüstanda elə bir sahə yoxdur ki, biz orada əsaslı tərəqqi əldə etməyək. Bu bir faktdır və nə qədər bunun əksini sübut etməyə çalışsalar da, cəmiyyətimiz hər şeyi öz gözləri ilə görür".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişvili seçki kampaniyası çərçivəsində Zuqdididə çıxışı zamanı bildirib. 

İvanişvilinin sözlərinə görə, opponentlər tikintini – dağıntı, xeyiri isə şər adlandırmağa çalışırlar, lakin hakim komandanın işləri beynəlxalq nüfuzlu tədqiqat təşkilatları tərəfindən öz reytinqləri ilə dəstəklənən və təsdiqlənəndə heç nə deyə bilmirlər.

“Gürcüstanın baş naziri İrakli Kobaxidze artıq bizim bu regionda və Gürcüstanda əldə etdiyimiz əsas nailiyyətlərdən danışıb. Bundan əlavə, bir neçə gün əvvəl, oktyabrın 7-də ölkəmizin baş naziri komandamızın proqramını təqdim etdi, bu proqram Gürcüstanın düşmənlərinin gözünü kor edir, dincliklərini itirir, sevinənlər isə mövcud nailiyyətlərdən, eyni zamanda real planlardan son dərəcə məmnundurlar. Gördüyümüz işlərdən danışanda opponentlər dərhal paralel reallıq yaratmağa başlayırlar və öz məşhur imzası ilə quruculuğu – dağıntı, xeyiri – şər adlandırmağa çalışırlar, amma hakim komandanın işləri beynəlxalq nüfuzlu tədqiqat təşkilatları tərəfindən öz reytinqləri ilə dəstəklənən və təsdiqlənəndə heç nə deyə bilmirlər”, - deyə Bidzina İvanişvili bildirib.

 

Bizimlə əlaqə saxlayın