15 
Okt
2024
21:29
486

Baş nazir: Gürcüstanın bir çox istiqamətlərdə əldə etdiyi əsaslı dəyişikliklər Bidzina İvanişvilinin xidmətinin nəticəsidir

“İctimaiyyətə bir daha xatırlatmalıyıq ki, 2012-ci ilə qədər Gürcüstanı vətəndaşlığı olmayan siyasətçilər, xarici agentlər, insanları öldürən və işgəncə verən, biznesləri qarət edən, telekanalları oğurlayan avtoritar rejim idarə edib. Bu rejim 2008-ci ildə ölkəni müharibəyə cəlb edib və müvəqqəti olaraq ölkə ərazilərinin 20 faizini itirib. Bütün bunlarla yanaşı, 2012-ci ilə qədər ölkədə iqtisadi və sosial vəziyyət çox pis idi".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü arzusu”nun seçki qərargahının rəhbəri, baş nazir İrakli Kobaxidze Zuqdididə seçki kampaniyasının regional tədbirinə toplaşan əhaliyə deyib.

Kobaxidzenin sözlərinə görə, insanlar bu vəziyyətin nəyinsə və ya kimsə tərəfindən dəyişdirilə biləcəyinə bütün ümidlərini itirmişdilər və məhz bu zaman Bidzina İvanişvili Gürcüstan siyasətində peyda olub.

“Məhz bu zaman siyasi həyatda “Gürcü arzusu”nun yaradıcısı cənab Bidzina İvanişvili peyda oldu, o, ölkəmizin inkişafında demokratik dönüş yaratdı və Gürcüstanı düzgün inkişaf yoluna çıxardı. Məhz Gürcüstan Bidzina İvanişvilinin sayəsində demokratiya, insan haqları, iqtisadiyyat, Avropaya inteqrasiya, təhlükəsizlik və bir çox başqa sahələrdə əsaslı dəyişikliklər əldə etdi. Mən bir daha fürsətdən istifadə edib, buna görə cənab Bidzina İvanişviliyə təşəkkür etmək istəyirəm”, - baş nazir bildirib.

Bizimlə əlaqə saxlayın