14 
Okt
2024
15:34
529

Kaxa Kaladze “Mənim səsim”monitorinq missiyasının bəyanatını yalan və təxribat adlandırıb

"Yalan və adi təxribat"

InterPress.ge xəbər veir ki, Tbilisi meri Kaxa Kaladze “Mənim səsim” monitorinq missiyasının dövlət qulluğunda çalışan işçilərindən ailə üzvlərinin şəxsi nömrələrinin tələb olunması ilə bağlı bəyanatını belə qiymətləndirir.

Kaladzenin sözlərinə görə, ATƏT/DTİ-nin hesabatında seçkiqabağı vəziyyət müfəssəl şəkildə göstərilib və seçkiqabağı dövrün rahat keçdiyini görmək olar.

“Biz bilirikmi bu adamlar kimlərdir – bu gün özünü cəmiyyətə ölkənin düşməni kimi təqdim edən o radikal qrupun sıravi fəallarıdır. Nə “mənim səsim”, nə faktlar, nəyin faktları. Amma ATƏT/DTİ-nin hesabatı dərc olunub, orada hər şey təfərrüatlı şəkildə verilib. Mən 2012-ci ildən seçkilərdəyəm və belə bir nəticə ilk dəfədir. Həmişə polemikalar, müəyyən problemlər olub, bizdə ölkədə belə dinc seçki olmayıb və kimsə “mənim səsim”, “dostumun səsi”, “əmioğlunun səsi” axmaqların nəsə dediyi yalandır və adi fərziyyədir”, - deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın