Kobaxidze hüquq-mühafizə orqanlarını seçkilərdən əvvəl təxribatların qarşısını almağa çağırıb
"Dövlət istənilən təxribata ən sərt cavabı verəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Baş naziri İrakli Kobaxidze müxalifəti təxribatlar planlaşdırmaqdan çəkinməyə çağırış edərəkən qeyd edib.
O, eyni zamanda hüquq-mühafizə orqanlarını 26 oktyabr parlament seçkiləri ərəfəsində xüsusilə ayıq-sayıq olmağa və müxalifətin mümkün təxribatlarının qarşısını almağa çağırıb.
"2016-cı ildə deputat Givi Tarqamadzeyə sui-qəsd cəhdində ittiham olunan Darço Xeçuaşvilinin Gürcüstana qanunsuz daxil olmaq cəhdinin şübhəli fonunda və radikal müxalifətin partiya ofislərində aparılan cari söhbətləri nəzərə alaraq, bütün hüquq-mühafizə qurumlarını növbəti iki həftə ərzində xüsusi sayıqlıq göstərməyə və təxribatların qarşısını almaqla bağlı diqqətlə işləməyə çağırıram", - Kobaxidze brifinqdə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, seçki kampaniyası "misli görünməmiş sakit şəraitdə" keçir və bunu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) nəşri də təsdiqləyir.


