12 
Okt
2024
17:13
828

Zaur Darğallı Marneulidə yerli sahibkarlar və biznes sektorunun nümayəndələri ilə görüşüb

Marneuli və Qardabani nümayəndə heyətinə namizəd Zaur Darğallı “Gürcü Arzusu”nun Marneuli partiya təşkilatının rəhbəri Amiran Qiorqadze ilə birlikdə yerli sahibkarlar və biznes sektorunun nümayəndələri ilə görüşüb.

InterPress.ge xəbər verir ki, görüşdə Marneulidə biznes sektorunun müxtəlif seqmentləri iştirak edib.

Görüş zamanı “Gürcü Arzusu”nun hakimiyyəti dövründə iqtisadi və biznesin inkişafı istiqamətində həyata keçirilən və planlaşdırılan layihələr müzakirə olunub. Diqqət hakim komandanın özəl sektoru və biznesi təşviq etməyi planlaşdırdığı yeni imkanlara yönəldilib.

Marneulidə “Gürcü Arzusu” seçkiqabağı təşviqat kampaniyası çərçivəsində hər gün sakinlər və müxtəlif peşə sahibləri ilə görüşlər keçirir. 

 

Bizimlə əlaqə saxlayın