10 
Okt
2024
22:53
3579

“Güclü Gürcüstan” koalisiyasının namizədi Aqil Mustafayev, siyasətçi Əhməd İmamquliyev və digər dəstəkçiləri ilə birlikdə Qasımlı kəndinin sakinləri ilə görüşüb

“Güclü Gürcüstan” koalisiyasının namizədi Aqil Mustafayev, siyasətçi Əhməd İmamquliyev və digər yaxın dəstəkçiləri ilə birlikdə seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Marneuli rayonunun Qasımlı kəndində vətəndaşlarla görüş keçirib.

InterPress.ge-nin xəbərinə görə, görüş zamanı əhalinin mövcud problemləri dinlənilib, Aqil Mustafayev vətəndaşları “Güclü Gürcüstan” koalisiyasının gələcək planları və atılacaq addımlarla ilə tanış edib.

Həmçinin, Əhməd İmamquliyev də öz növbəsində vətəndaşları Aqil Mustafayevə dəstək olmağa çağırıb.

Bizimlə əlaqə saxlayın