Bu gün Avropa Parlamentində Gürcüstanla bağlı qətnamə səsə qoyulur
Avropa Parlamenti bu gün, oktyabrın 9-da Gürcüstanla bağlı qətnaməyə səs verəcək.
InterPress.ge xəbər verir ki, 25 bənddən ibarət sənəddə deyilir ki, Gürcüstanın hazırkı hökuməti hazırkı kursunu dəyişməsə, çox güman ki, Aİ-nin Gürcüstanla viza rejiminin liberallaşdırılması və namizəd statusu ilə bağlı əməkdaşlığı dəyişəcək.
Qətnamədə oliqarx Bidzina İvanişvilinin şəxsi sanksiyaları məsələsi yer alır və yazılır ki, Avropa Parlamenti deputatları Bidzina İvanişvilinin “hazırkı siyasi böhrana və Avro-Atlantik oriyentasiyaya daha bir zərbə vurmaq və ölkəni Rusiyaya yönəltmək cəhdində” şəxsi rolunu pisləyir.
Həmçinin Avropa Parlamentinin deputatları Avropa Şurasını və Aİ-nin demokratik tərəfdaşlarını Bidzina İvanişviliyə “Gürcüstanda siyasi prosesin pisləşməsində roluna görə” dərhal və məqsədyönlü şəxsi sanksiyalar tətbiq etməyə çağırır.
Qətnamənin mətnində Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilidən də bəhs edilir və onun humanitar məqsədlər üçün azadlığa buraxılmalı, müalicə üçün xaricə aparılmalı olduğu bildirilir.
Xatırladaq ki, dünən, oktyabrın 8-də Avropa Parlamentində Gürcüstanla bağlı dinləmə və debat keçirilib.


