08 
Okt
2024
21:50
477

“Gürcü Arzusu” ölkəni rus kabusuna qaytarmağa çalışır” - Qluksman

“Gürcüstan xalqının ürəyi Avropa üçün döyünür... “Gürcü Arzusu” ölkəni rus kabusuna qaytarmağa çalışır”.

InterPress.ge xəbər verir ki, bunu Avroparlamentin deputatı Rafael Qluksman Gürcüstan məsələsinin müzakirə edildiyi Avropa Parlamentində çıxışı zamanı deyib. 

"Gürcü xalqının ürəyi Avropa üçün döyünür. Gürcüstan şəhərlərində gənclər azadlıq və ləyaqət simvolu kimi Aİ bayrağını dalğalandırırlar. Biz açıq şəkildə deməliyik ki, Kremllə danışıqlar aparmaq və eyni zamanda Avropa yolunda getmək mümkün deyil. Azadlıq yolunu yeni qanunlarla boğmaq və Avropaya doğru hərəkət etmək mümkün deyil. Saakaşvilini ömürlük həbs edib Avropaya getmək mümkün deyil. “Gürcü Arzusu” ölkəni rus kabusuna qaytarmağa çalışır. Avropa gürcü demokratlarının yanında olduğunu yüksək səslə deməlidir”, - avropalı parlamentari bildirib. 

Bizimlə əlaqə saxlayın