08 
Okt
2024
21:41
433

Avropa Parlamentinin deputatı: “Biz Gürcüstanda demokratiyanın sarsılmasına cavabdeh olan şəxslərə qarşı sanksiyalar tətbiq etməliyik"

"Biz Gürcüstanda demokratiyanın sarsılmasına cavabdeh olan şəxslərə qarşı sanksiyalar tətbiq etməliyik və Bidzina İvanişvilidən başlamalıyıq".

InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Riho Teras Gürcüstan məsələsinin müzakirə edildiyi Avropa Parlamentində çıxışı zamanı deyib. 

"Baş nazir Kobaxidzenin qələbə qazanacaqları təqdirdə "Gürcü Arzusu"nun müxalifət partiyalarına qadağa qoyacağını açıqlaması sadəcə həyəcan siqnalı deyil. Bu, diktaturanın öz şansını gözlədiyinin göstəricisidir. Ona görə də biz bu rejimi nəinki qınamalı, həm də sanksiyalar tətbiq etməliyik. Gürcüstanda demokratiyanın sarsılmasına cavabdeh olan şəxslərə sanksiyalar tətbiq etməliyik və onların lideri Bidzina İvanişvilidən başlamalıyıq”, - Avropa Parlamentinin deputatı bildirib. 

Bizimlə əlaqə saxlayın