Prezident: Hər tərəfdən hazırlanan və çox yaxşı gördüyümüz saxtakarlığın məğlub edilməsinin yolu səfərbərlikdir
“Hər tərəfdən hazırlanan və çox yaxşı gördüyümüz saxtakarlığın məğlub edilməsinin yolu səfərbərlik, seçkilərə getməkdir”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili brifinqdə deyib.
Prezident Salome Zurabişvilinin qeyd etdiyinə görə, “indi hər kəsin səsləri qorumağa hazırlaşmalı olduğu dövr başlayır”.
“Hər bir insan, hər bir vətəndaş öz səsə görə cavabdehdir. Yaxınınız xaricdə qeydiyyatdan keçməyibsə, qeydiyyatdan keçirməyiblərsə və ya siyahıdan çıxarılıbsa, səsinizi ikiqat qorumaq sizin borcunuzdur. Mühafizə üçün müşahidəçilər lazımdır. Təlimlər keçirən təşkilatlar var ki, qeydiyyatdan keçməlisiniz.
Mən gənclərə müraciət etmək istəyirəm. Siz ölkəmizin gələcəyisiniz və sizin gələcəyiniz oktyabrın 26-da həll olunacaq. Sizin çox məsuliyyətiniz var və şübhəsiz ki, siz öz səslərinizin çox yaxşı müdafiəçiləri olacaqsınız. Təlimlər və müşahidəçilər üçün müxtəlif QHT-ləri koordinasiya edən təşkilat var - bu təşkilat “Mənim Səsim”dir. Seçki günü bizim hamımızı həvəsləndirən müşahidə adlanan işin məsuliyyətini hamınız hiss etməlisiniz.
Ən əsası səfərbərlik, seçkilərə getməkdir. Mən dəfələrlə demişəm, yenə də təkrar edəcəyəm ki, hər tərəfdən hazırlanan və bunu çox gözəl görüdüyümüz saxtakarlığı məğlub etməyin yolu səfərbərlikdir, hamının seçkiyə getməsidir. Bu ölkəni qorumaq, müstəqilliyini qorumaq, Avropa gələcəyini qorumaq üçün seçkilərə getmək bizim hamımızın borcumuzdur və bir səs belə istifadəsiz qalmamalıdır. Bu, bizim əlimizdədir”, - Salome Zurabişvili bildirib.


