07 
Okt
2024
14:52
368

Ana Natsvlişvili: Ölkədə uşaq və gənclərin azalması təşviş doğurucudur

 “Gürcü arzusu” ölkədə ən sərt reallığı yaradıb, nəticədə Gürcüstan gənc nəsildən məhrum olub.

InterPress.ge xəbər verir ki, bu barədə “Güclü Gürcüstan”ın liderlərindən olan Ana Natsvlişvili bildirib.

Natsvlişvilinin brifinqdə dediyi kimi, dövlət özü etiraf edib ki, Gürcüstanda təhsil prosesindən kənarda qalan uşaqların sayı rekord həddə çatıb.

“Mən “Gürcü arzusu”nun ölkədə yaratdığı ən pis vəziyyətə və bunun nəticəsində Gürcüstanın insanlardan və ailələrdən boş qaldığına diqqət çəkmək istəyirəm. Ən qorxulusu isə odur ki, ölkənin gələcəyini yaratmalı olan uşaq və gənclər bundan məhrumdurlar. Dövlət özü etiraf edib ki, Gürcüstanda təhsil prosesini yarımçıq qoyan uşaqların sayı rekord həddə çatıb. Məsələn, 2021-2022-ci illərdə bu uşaqların sayı 8846 idisə, 2022-2023-cü illərdə bu rəqəm iki dəfə artaraq 14911 uşağa çatıb. Biz Gürcüstan vətəndaşlarını itiririk.

Ölkədəki sərt reallıq ucbatından ailələri mühacirətə getməyə və uşaqlarını özləri ilə aparmağa məcbur olan gələcək nəsli itirməyimiz xüsusilə narahatedicidir”, - Natsvilişvili bildirib.

Onun sözlərinə görə, “Gürcü arzusu” uşaqları yoxsulluğa qurban verib. Ölkədə hər beşinci uşaq yoxsulluq içində yaşayır.

“Gürcüstanda onlarla, hətta yüzlərlə uşaq üçün, məsələn, kitablar, rəsm alətləri və sair kimi sadə əşyalar əlçatmazdır. Büdcədən milyonlarla lari xərclənməsinə baxmayaraq, korrupsioner hökumət illərdir uşaqları öz məktəblərinə göndərə bilmir, onlar başqa məktəblərə göndərilir”, - Natsvilişvili bildirib.

Bizimlə əlaqə saxlayın