Əhməd İmamquliyev seçkilərdə Aqil Mustafayevə dəstək olacaq
Siyasətçi Əhməd İmamquliyev parlament seçkilərində Aqil Musatafayevə dəstək olacağını açıqlayıb.
InterPress.ge xəbər verir ki bu barədə "Güclü Gürcüstan" partiyasının Marneuli ofisində Aqil Mustafayev və Əhməd İmamquliyevin birgə keçirdiyi birifinqdə açıqlanıb.
Əhməd İmamquliyev qeyd edib ki, o "Güclü Gürcüstan” partiyasına qoşulmayıb, sadəcə Aqil Mustafayevə dəstək olmaq və mövcud hakimiyyəti hakimiyyətdən göndərmək üçün bu mübarizəyə qoşulub.
"Mən heç bir partiyanın üzvü deyiləm və bu gündə mən bu partiyanın üzvü olmağa gəlməmişəm. Mənim bu günkü addımım Aqil Mustafayevə dəstək olmaqdır. Biz istəyirik ki, daha bir azərbaycanlı parlamentdə bizi laiqincə təmsil etsin.
Mən bu gün, mövcud hakimiyyəti hakimiyyətdən göndərmək üçün və Aqil bəyə dəstək üçün Aqil bəyin yanında olacam və seçkilərdə Aqil bəyi dəstəkləyəcəm", -deyə İmamquliyev brifinqdə qeyd edib.


